Lənkəranda 5 otaqlı ev yanıb

Lənkəranda 5 otaqlı ev yanıb
  20 Dekabr 2023    Oxunub:912
Lənkəranda ev yanıb.
AzVision.az -ın verdiyi məlumata görə, yanğın hadisəsi axşam saatlarında Lənkəran rayonunun Velədi kəndində qeydə alınıb. Kənd sakini Gülməmməd Cəlil oğlu Hüseynova məxsus, ümümi sahəsi 200 kvadratmetr olan 5 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanğın baş verən zaman evdə heç kim olmayıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti