Azad edilmiş ərazilərdə Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyətə başlayacaq
"Belə ki, "Böyük Qayıdış" layihəsi çərçivəsində AzQAC-ın 3 şəhərdə ofis inşa etməsi gözlənilir", -deyə o bildirib.
İcraçı katib anti-terror tədbirlərindən sonra AzQAC-ın humanitar siyasətin parçası olaraq, Qarabağ İqtisadi rayonunda yaşayan əhaliyə yardımın edilməsi məsələsini də xüsusilə vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir. Tədbirdə 400 nəfərə yaxın qonaq iştirak edir.
İclasın sonunda yekun bəyanat qəbul edilməsi gözlənilir.
AzVision.az
Teqlər: