İlham Əliyev: “Qarabağ” – MOİK matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var

      İlham Əliyev:    “Qarabağ” – MOİK matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
  21 Dekabr 2023    Oxunub:924
Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var.
Bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

"Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır", - dövlət başçısı bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti