“Qırmızı Körpü”də 800 avtomobil gözləyir

   “Qırmızı Körpü”də 800 avtomobil gözləyir
  21 Dekabr 2023    Oxunub:1180
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 800 avtomobil gözləyir.
Bu barədə AzVision.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 70, “Mazımqara” gömrük postunda 68, “Samur” gömrük postunda 35, “Xanoba” gömrük postunda 5 yük maşını var. “Astara” gömrük postunda isə maşın yoxdur.

"AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır", - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti