“Potensial ABAD-çılara dəstək” layihəsi çərçivəsində avadanlıqlar təqdim edilib
Qurum rəhbərləri çıxış edərək layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək məqsədi daşıdığını vurğulayıblar. Bildirilib ki, qurulan mikro sahibkarlıq subyektləri bazar tələblərinin qarşılanması üçün yüksək keyfiyyətli məhsullar istehsal etmək üçün səy göstərəcək.
Qeyd edək ki, layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlarla təmin edilmiş benefisiarlara, o cümlədən mikro sahibkarlara “ABAD” tərəfindən biznes-konsaltinq, texniki dəstək, marketinq, mühasibatlıq, hüquqi xidmətlər, logistika və satışın təşkili kimi xidmətlər göstəriləcək. Bununla da işsiz vətəndaşların məşğulluğu təmin olunaraq mikro sahibkarlar formalaşmış olacaq.
AzVision.az
Teqlər: