Səməd Seyidov Rusiya XİN başçısının müavini ilə görüşüb
Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maralıdır. O, ölkələrimiz arasında mövcud olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin əhəmiyyətindən danışıb, ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığını yüksək qiymətləndirib. Qonaq 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın bütün müddəalarının həyata keçirilməsinin və tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiya və Azərbaycan arasında parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.
Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər iştirak ediblər.
AzVision.az
Teqlər: