"Azəriqaz": Ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılır

   "Azəriqaz":    Ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılır
  21 Dekabr 2023    Oxunub:1791
SOCAR-ın "Azəriqaz" İB-dən abonentlərə xəbərdarlıq edib.
Qurumdan AzVision.az-a verilən məlumata görə, ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

"Nəzərinizə çatdırırıq ki, internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsi planlaşdırılır. Bu səbəbdən həmin müddət ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayanacaq. Verilən məlumata görə profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur. Abonentlərdən mövcud vəziyyəti nəzərə almalarını xahiş edirik".

AzVision.az


Teqlər:





Xəbər lenti