Türkiyədəki səfirliyimiz seçkilərlə bağlı vətəndaşlara müraciət edib
Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər.
Onlar soyad, ad, ata adını, doğum tarixlərini, Türkiyədə daimi və ya müvəqqəti yaşadıqları ünvanları və əlaqə məlumatlarını “[email protected]” elektron poçt ünvanına göndərməlidirlər.
AzVision.az
Teqlər: