Baş nazirdən dövlət büdcəsi ilə bağlı qərar

   Baş nazirdən dövlət büdcəsi ilə bağlı qərar
  22 Dekabr 2023    Oxunub:1458
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilib.
Bununla bağlı Bağ nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən beş iş günü müddətində büdcə təşkilatlarına çatdırmalıdır.

Qeyd edək ki, dəyişiklikdən əvvəl bu müddət bir ay idi.

AzVision.az


Teqlər:





Xəbər lenti