Qızılcadan ölüm halları əksərən ucqar rayonlarda müşahidə edilir

   Qızılcadan ölüm halları əksərən ucqar rayonlarda müşahidə edilir
  22 Dekabr 2023    Oxunub:1292
Qızılcadan ölüm halları daha çox ucqar rayonlarda olan, qayğısız qalmış uşaqlarda müşahidə edilir.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

“Uşağın temperaturu yüksəldiyi, səpdiyi halda həkimə müraciət gecikirsə, ya xəstəxanaya qədər, ya da xəstəxanada ölüm halı qeydə alına bilir. Buna görə valideynlərə bildiririk ki, uşağın temperaturu yüksəkdirsə, səpki varsa, birbaşa həkimə müraciət etmək lazımdır. Bu zaman həkim uşağın xəstəxanada, yoxsa evdə müalicə almasını uyğun bilir. Əgər uşaq evdə müalicə alacaqsa, bu zaman ona bütün lazımı tibbi yardım göstərilir”, - o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti