Bakıda regional təhlükəsizlik məsələləri müzakirə edildi
Görüşlər zamanı Cənubi Qafqazda və Avropanın təhlükəsizliyi sahəsində, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, Avropa Şurasındakı vəziyyət müzakirə olunub. Eləcə də, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələlərə də toxunulub.
“Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb. Hər iki tərəf regional və Avropa təhlükəsizlik məsələləri üzrə sıx dialoqun davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyib”, - Rusiya XİN bildirib.
AzVision.az
Teqlər: