Prezident Naxçıvanlı kəndində olub

 Prezident Naxçıvanlı kəndində olub
  22 Dekabr 2023    Oxunub:1566
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub.
Dövləti başçısı kəndin ərazisinə baxış keçirdi. Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti