İlham Əliyev Xocalının Pircamal və Xanabad kəndlərində olub - FOTO

   İlham Əliyev Xocalının Pircamal və Xanabad kəndlərində olub -    FOTO
  22 Dekabr 2023    Oxunub:1661
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pircamal kəndində olub.
Dövlət başçısı kəndin ərazisinə baxış keçirib. Pircamal kəndi dağətəyi ərazidə yerləşir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal piri ilə bağlıdır. Tarixi mənbələrə görə, bu yaşayış məntəqəsini qədim Beyləqandan köçüb gəlmiş ailələr salıblar.



Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Pircamal kəndi separatçılardan təmizlənib.



Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Xanabad kəndində olub. Dağətəyi ərazidə yerləşən Xanabad kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.



Xanabad kəndi qədim yaşayış məskənlərindən biri kimi tanınır. 1990-cı ildə kənddə kooperativ zavodun tikintisi zamanı inşaatçılar tərəfindən qədim qəbir aşkar edilib. Həmin qəbirə baxış keçirilərkən insan cəsədindən əlavə, qədim döyüş və məişət əşyaları aşkarlanıb. Müvafiq təhlillərdən sonra bu əşyaların eramızdan əvvəl XII—XI əsrlərə aid olduğu müəyyən edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti