Prezident Xocalı rayonunun Pirlər kəndində olub

   Prezident Xocalı rayonunun Pirlər kəndində olub
  22 Dekabr 2023    Oxunub:1486
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olub.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.

Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.





AzVision.az


Teqlər:





Xəbər lenti