Rza Zərraba söz atdılar, polisə düşdü

Rza Zərraba söz atdılar, polisə düşdü
  20 İyun 2014    Oxunub:980
Türk iş adamı Rza Zərrab yenidən polisə çağırılıb. O, İstanbul Texniki Universitetində oxuyan bir qrup tələbəni döydürmək iddiası ilə polisdə ifadə verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Muğla vilayətinin Bodrum şəhərində baş verib. Belə ki, Bodrumda istirahət edən bir qrup tələbə iş adamı Rza Zərrabla rastlaşıb və ona “bu yaxtanı hansı pulla almısan?” deyərək söz atıblar. Onların sözünə reaksiya verməyən Rza Zərrab yaxtasına minərək gedib. Həmin gün axşam saatlarında isə ona söz atan tələbələr naməlum şəxslər tərəfindən döyülüb. Hadisə şahidləri həmin şəxslərin Rza Zərrabın cangüdəni olduğunu iddia edirlər. Bundan sonra isə iş adamı və onun cangüdənləri Bodrum şəhər polis idarəsinə çağırılıb. Gecə saatlarına qədər davam edən sorğudan sonra tələbələrin şiakyətçi olmadığı və heç kim saxlanılmadığı bildirilib.

Qeyd edək ki, Rza Zərrab ötən ilin dekabrın 17-də Türkiyədə keçirilən rüşvət və qaçaqmalıçılıq əməliyyatında həbs olunmuşdu.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti