Putindən İlham Əliyevə: "Siz böyük hörmətə maliksiniz"

      Putindən İlham Əliyevə:    "Siz  böyük hörmətə maliksiniz"
  22 Dekabr 2023    Oxunub:1804
Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz. Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə töhfəniz misilsizdir.

Konstruktiv dialoqun və sıx birgə əməkdaşlığın davam etdirilməsinə şad olardım.

Sizə möhkəm cansağlığı, səadət və rifah arzulayıram. Fürsətdən istifadə edərək, ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".

AzVision.az


Teqlər:





Xəbər lenti