Milli Observatoriya tərəfindən növbəti “Sosial Jurnalistika” təlimi təşkil edilib
Təlimdə nazirlik sistemində çalışan əməkdaşlar tərəfindən media işçilərinə son illər sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verilib. Sosial təminatın gücləndirilməsi, proaktiv xidmətlərin yaradılması istiqamətində əldə olunan nailiyyətlər, sahəvi terminologiyaya dair məlumatlar diqqətə çatdırılıb, suallar cavablandırılıb.
Təlim mövzularının iştirakçılar tərəfindən necə mənimsənildiyini müəyyən etmək üçün “workshop” keçirilib, həmin mövzularda press-relizlər hazırlanıb.
Təlimin məqsədi media nümayəndələrinin sosial müdafiə sahəsinə dair məlumatlılıq və bu sahə üzrə mövzulara yanaşmada peşəkarlıq səviyyəsinin artırılması olub.
Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.
AzVision.az
Teqlər: