BMT Qəzza ilə bağlı qətnamə qəbul etdi

   BMT Qəzza ilə bağlı qətnamə qəbul etdi
  22 Dekabr 2023    Oxunub:1633
BMT Təhlükəsizlik Şurası İsrail və Fələstinin HƏMAS radikal qruplaşmasının Qəzza zolağına humanitar yardımın çatdırılmasına töhfə verməsini tələb edən qətnamə qəbul edib.
Qətnamənin mətninə əsasən, dünya təşkilatının Təhlükəsizlik Şurası təhlükəsiz, maneəsiz və genişləndirilmiş humanitar çıxışın dərhal yaradılması üçün təcili addımlar atmağa, habelə hərbi əməliyyatların başa çatdırılması üçün şəraitin təmin edilməsinə çağırır.

Qətnamədə deyilir ki, BMT Təhlükəsizlik Şurası təşkilatın baş katibindən təcili olaraq “humanitar məsələlər üzrə baş əlaqələndirici” seçməyi xahiş edir. O, Fələstin anklavına humanitar yardımın çatdırılmasına nəzarət edəcək, əlaqələndirəcək və yoxlayacaq.

Qətnamədə həmçinin bölgəyə yanacaq tədarükünün təmin edilməsi və bütün girovların tezliklə azad edilməsi tələb olunur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti