Gəncədə ərzaq mağazası yanıb

Gəncədə ərzaq mağazası yanıb
  23 Dekabr 2023    Oxunub:1279
Gəncədə yanğın baş verib.
Hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Akif Nəsibova məxsus 20 kvadratmetr sahəsi olan mağazada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ərzaq mağazasının lambirindən ibarət tavanı, dam örtüyünün taxtaları və rəflərə yığılan ərzaq malları yanaraq yararsız hala düşüb. Mağazaya bitişik olan ev və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata görə, mağaza sahibinə 4-5 min manat ziyan dəyib. Hadisənin başvermə səbəbi araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti