Neftçalada qanunsuz balıq ovlayanlar saxlanıldı
Polis əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Kür çayının Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Yeniqışlaq kənd sakini E.Məmmədov saxlanılıb.
Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi davam etdiriləcək.
AzVision.az
Teqlər: