“Bununla xox gəlmək istəyirlər” - AÇIQLAMA

  16 Aprel 2013    Oxunub : 445
“Bununla xox gəlmək istəyirlər” - AÇIQLAMA
“Görün bunlar nə qədər xəstələniblər ki, Türkiyə, Azərbaycan, Gürcüstana, hətta Rusiyanın Krosnadar vilayətinə ərazi iddiasındadırlar”.
AzVision.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında vitse-spiker Ziyafət Əsgərov deyib: “Dəfələrlə bəyan etmişik və indi də bəyan edirik ki, heç bir erməni soyqırımı olmayıb və bunlar hamısı cəfəngiyyat, uydurma məsələdədir. Ermənilər bu cənəfgiyyat soyqırımı adı ilə Türkiyə, Azərbaycana və başqa dövlətlərə basqı etmək istəyirlər. Çünki özləri də yaxşı bilirlər ki, onların heç bir gücü yoxdur.

Ermənistanın siyasi, iqtisadi və digər cəhətlərdən heç biri gücü olmayan dövlətdir. Əllərində yeganə “kozr” qalıb, bu da uydurma erməni soyqırımıdır. Bununla da kiməsə xox gəlmək istəyirlər. Bu, tamamilə mənasız bir şeydir. Artıq dünya o dünya deyil. Siz bilirsiniz ki, ABŞ-da bu yaxınlarda Reyqanın köməkçisi çıxış etdi. ABŞAvropanın arxivlərini açıb və məlum olub ki, bunlar hamısı boş şeylərdir. Bunlar hamısı fiaskoya uğrayan məsələlərdir. Onlar bununla özlərini gündəmdə saxlamaq istəyirlər ki, kimdənsə dilənçi payı alsınlar”.

Vitse-spiker təəssüflə qeyd edib ki, bəzi ölkələr uydurma erməni soyqırımını tanıyıblar. Onun sözlərinə görə, hətta Fransa hökuməti bu faktın danılmasına görə cinayət məsuliyyəti tətbiq etmək istəyirdilər ki, bu da baş tutmadı: “Təəssüflər olsun ki, bəzən buna nail olurlar. Arxivlər də açdı ki, ermənilərin uydurmasıdır. Nə qədər gec deyil, Ermənistan öz qonşuları ilə münasibətləri səhmana salmalıdır. Görün bunlar nə qədər xəstələniblər ki, Türkiyə, Azərbaycan, Gürcüstana, hətta Rusiyanın Krosnadar vilayətinə ərazi iddiasındadırlar.

Ermənistanın öz tarixçiləri də, dünya tarixçiləri də dəfələrlə təsdiq ediblər ki, ermənilər Qafqaza gəlmədilər. Onlar buranın köklü, yerli əhalisi deyillər. Onlar bir-iki il bir yerdə yaşayırlar, sonra deyirlər ki, bura bizimdir”.

Anar

Teqlər: