Bakı metrosunda 70 yaşlı kişi stansiya yoluna düşdü

   Bakı metrosunda 70 yaşlı kişi stansiya yoluna düşdü
  24 Dekabr 2023    Oxunub:1269
Bakı Metropoliteninin “Xalqlar dostluğu” stansiyasında 65-70 yaş arası kişi sərnişin ehtiyatsızlıq səbəbilə qatar stansiyaya daxil olarkən stansiya yoluna düşüb.
Bu barədə AzVision.az -a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, dərhal stansiya yolundan yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub.

“Stansiya işçisi və polis əməkdaşının operativ gördüyü tədbirlər sayəsində sərnişin stansiya yolundan çıxarılaraq ona ilkin yardım göstərilib. Sərnişin təcili tibbi yardım xidməti ilə yola salınıb.

Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra, qatar stansiyanı tərk edib. Polis və stansiya işçi personalının çevik tədbirləri nəticəsində qatarların hərəkətində intervaldan əlavə cəmi 5 dəqiqə yubanma qeydə alınıb”.

AzVision.az


Teqlər:





Xəbər lenti