“Neftçi”nin yeni baş məşqçisi kimdir? - Dosye
1986-1992-ci illərdə Pödqöritsanın “Buduçnost” klubunun formasını geyinən keçmiş müdafiəçi daha sonra Serbiyada, İndoneziyada, Kiprdə, Niderlandda və Yaponiyada legioner həyatı yaşayıb.
1999-cu ildə futbolçu karyerasını bitirən Bojoviç 2000-ci ildə məşqçiliyə başlayıb. 2000/2001 mövsümündə Serbiyada “Belqrad”ın “sükanı arxasında” olan mütəxəssis ardınca Yaponiyada “Hokkaydo Konsadole Sapporo”da köməkçi məşqçi funksiyasını yerinə yetirib.
O, Serbiyada “Borats”, “Obiliç”, “Hayduk” ( Belqrad), “Srvena Svezda”, Kiprdə AEL, ölkəsində “Buduçnost”, “Qrbal”, Rusiyada “Amkar”, “Moskva”, “Dinamo”, “Rostov”, “Lokomotiv”, “Arsenal”, “Krılya Sovetov”da işləyib.
Baş məşqçi son olaraq 2021/2022 mövsümündə “Arsenal” komandasına rəhbərlik edib. Bojoviç 2013/2014 mövsümündə “Rostov”la Rusiya Kubokunun, 2015/2016 mövsümündə “Srvena Svezda” ilə Serbiya Superliqasının qalibi olub.
Qeyd edək ki, “Neftçi” monteneqrolu mütəxəssislə 1.5 illik (1 il+ 6 ay) sözləşmə imzalayıb.
AzVision.az
Teqlər: