ABŞ-da seçicilərinin səsini kim oğurlayır – VİDEO

ABŞ-da seçicilərinin səsini kim oğurlayır – VİDEO
  20 İyun 2014    Oxunub:959
ABŞ Ali Məhkəməsi Ohayo ştatının bir hüquq müdafiə təşkilatına seçkiqabağı kampaniya zamanı siyasətçilərin yalan danışmasını yasaqlayan qanuna etiraz etməyə icazə verib.

Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Məhkəmə iddiaçıların bu qanunun ABŞ Konsitutsiyası tərəfindən zəmanət verilən söz azadlığını pozması barədə ərizəsini qəbul edib. İddia abortlara qarşı çıxan `SBA List` təşkilatı tərəfindən irəlı sürülüb.

Məhz Ohayo ştatında seçkiönçəsi kampaniya zamanı iştirakçıların yalan bəyənatlar səsləndirilməsinin mümkünlüyü barədə qızğın müzakirələr gedib. “Namizədin düz və yalan danışdığını seçicilər müəyyənləşdirməlidir, bürokratlar yox”, - deyə yalan danışmağın qanunvericilikdə təsdiqlənməsinin tərəfdarları bildiriblər.

Kiməsə bu xəbər sensasiyalı görünəcək, lakin bizi təəccübləndirmədi. Çünki, ABŞ-da bu cür absurd şeylər daha əvvəllər də baş verib. Bunun üçün sadəcə 2000-ci ildə ABŞ-da resbubilkaçı Corc Buş və demokrat Albert Qor arasında əsas mübarizənin getdiyi prezident seçkilərinin xatırlamaq lazımdır. Seçkinin taleyini Florida ştatının (o zaman bu ştatın qubernatoru Corc Buşun qardaşı idi) sakinlərinin səsi həll etdi. Belə bir yekun hələ Birləşmiş Ştatların tarixində olmayıb.

Rəsmi olaraq yekun nəticələr elan olunana qədər ay ərzində xeyli sayda səslərin təkrar sayılması və məhkəmə iclasları baş tutdu. Bundan əlavə bu, qalibin məğlub olan namizədə nisbətən daha az seçici səsi topladığı hadisə idi. Bütün bunlar amerika və xarici mətbuatın diqqətini çəkdi və seçkilərin nəticələrinin saxtalışdırılmasına dair xeyli şaiyələr doğurdu. Lakin məşhur amerikalı rejissor Spayk Li hamıdan yaxşı bu komediyanı nümayiş etdirdi. Onun “10 dəqiqə daha böyük” kinoalmanaxına daxil olan “Bizi necə aldatdılar” qısametrajlı filmi seçkiöncəsi kampaniya zamanı baş verənləri iştirakçıların öz dilindən verir.
Rejissor konkret nümunə əsasında Amerika seçki sisteminin bütün mübahisəliliyini, çatımazlıqlarını çılpaq şəkildə bizə göstərir. Xoşbəxtlikdən film yalnız ingilis dilində yox, həm də rus dilində istifadəçilərin ixtiyarına verilib.

AzVision.az-ın Spayk Li yaradıcılığı və siyasi detektiv pərəstişkarlarına rus dilində bu filmləri təqdim edir:





Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti