Mikroavtobus yük maşını ilə toqquşdu: Ölən və yaralananlar var

  Mikroavtobus yük maşını ilə toqquşdu:    Ölən və yaralananlar var
  25 Dekabr 2023    Oxunub:951
Dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 15 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti