Özbəkistanla vizasız gediş-gəlişlə bağlı saziş təsdiqləndi

   Özbəkistanla vizasız gediş-gəlişlə bağlı saziş təsdiqləndi
  25 Dekabr 2023    Oxunub:911
Prezident İlham Əliyev Özbəkistanla vizasız gediş-gəlişlə bağlı sazişə əlavə və dəyişikliyi təsdiqləyib.
AzVision.az xəbər verir ki, bununla bağlı dövlət başçısı Fərman imzalayıb. Fərmana əsasən, 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol” təsdiqlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti