Geomaqnit qasırğası olacaq

   Geomaqnit qasırğası olacaq
  25 Dekabr 2023    Oxunub:766
Günəş küləyi sürətinin 24 dekabrda baş vermiş Tac Kütlə Atılmaları (TKA) təsiri ilə artacağı gözlənilir.
Şamaxı Astrofizika Rəsədxanasından AzVision.az -a verilən xəbərə görə, geomaqnit sahəsi – 24 dekabrda baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və 27 dekabrda Yerə çatacağı gözlənilir. Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Sonra isə geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti