Qərb moizələri və Əliyevin real dəyərləri
İlham Əliyevin sözlərini hər gün Qərbi Avropada baş verən hadisələr də təsdiqləyir. Xatırladaq ki, ötən şənbə İngiltərənin “Trafalqar” meydanında Marqarit Tetçerin əleyhidarları onun əleyhinə aksiya keçirmiş, kollajını meydana gətirərək “Tetçerlə razı deyilik” şüarını qaldırmışdılar.
Bəs bunun nəticəsi nə oldu? Aksiya zamanı 9 nəfər həbs edildi, nümayiş isə polislər tərəfindən dağıdıldı. Belə məqamda ortaya bir sual çıxır: Bəs hanı insan haqları? Hanı sərbəst toplaşmaq azadlığı? Bakıda Hacıbala Abutalıbovla razılaşdırılmamış aksiyadan sonra danışan hüquq müdafiəçiləri və qərb mətbuatı haradadır? Hardadır “tiraniya”, “diktatura” deyənlər? Haradadır vətəndaşın azad söz dediyinə görə həbs olunmasının qanuna zidd olduğunu söyləyənlər? Heç kim heç nə demir, sakitçilikdir, o qədər sakitçilikdir ki, sanki Londonda hər alınan və verilən nəfəs eşidilir.
İtaliya ilə davam edirik. İtaliyada sosial şəbəkələrə nəzarət edən xüsusu polis qrupu Roma, Napoli, Pezzaro, Bari, Speçi kimi şəhərlərdə sosial şəbəkələrdə “Mən Nepalitanoya nifrət edirəm” , “Nepalitanonu Söndürək” kimi şüarlar səsləndirənlərə “Prezidenti təhqir” maddəsilə ittiham irəli sürmüşlər. Göründüyü kimi, günəşli İtalyada sosial şəbəkələrə senzura tətbiq edən polislər mövcud imiş.
Dəhşət! Biabırçılıq! Qərb hara baxır? Tutuquşulara, Anjela Devisə, Nelson Mandelaya azadlıq! Çəkin əllərinizi bu gözəl ölkənin sosial şəbəkələrindən! Hardadır “Human Rights Watch”? Haradadır Nepalitanonun söz azadlığı barədə verdiyi vədlər? Yenə də sakitçilikdir. Bu halda belə bir fikir yada düşür: “Tövbə etməzdən öncə gör, müqəddəs dəyərlər nədən yazır”.
Əkbər Həsənov / haqqin.az
Tərcümə: AzVision.az