Qanunsuz ova görə saxlanılmışdı, narkotik də tapıldı

   Qanunsuz ova görə saxlanılmışdı,    narkotik də tapıldı
  26 Dekabr 2023    Oxunub:991
Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan şəxsdə narkotik də aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Ərəbqardaşbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Neftçala rayon sakini M.Həsənov saxlanılıb. Ondan 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Turac quşu və çöl dovşanı götürülüb.

Şəxsi axtarış zamanı M.Həsənovdan marixuana da aşkar olunub.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti