FHN sürücü axtarır

FHN sürücü axtarır
  26 Dekabr 2023    Oxunub:1177
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə sıravi və kiçik rəis heyəti üzrə sürücü vəzifəsinə sənəd qəbulu elan edir.
Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib.

Bildirilib ki, işə qəbulla bağlı müsabiqədə Bakı şəhəri və Abşeron rayonunda daimi qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 10.01.2024-cü il tarixinədək tamam olmayan, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə sahib və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunla müəyyən olunmuş şərtlərə cavab verən​ Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq işə qəbul formasını doldurub [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti