"Ölkədə kifayət qədər yumurta var, qiyməti işbazlar qaldırır" - Sədr

   "Ölkədə kifayət qədər yumurta var,    qiyməti işbazlar qaldırır" - Sədr
  26 Dekabr 2023    Oxunub:1021
Son günlər pərakəndə satış yerlərində yumurtanın qiymətinin 2-3 qəpik bahalaşması müşahidə edilir. Satıcılar bunu mövsüm və bayramla əlaqələndirir. Amma Azərbaycanın Rusiyaya yumurta ixracının da bu məhsulun ölkədə qiymətinin artmasına təsir göstərdiyini düşünənlər də az deyil.
Yumurtanın qiyməti artdı - VİDEO
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli isə AzVision.az -a açıqlamasında yumurtanın topdan satış qiymətində hər hansı artım olmadığını vurğulayıb. O qeyd edi ki, fabriklərdə kifayət qədər yumurta istehsal olunur və qiymət iki ildir dəyişmir.

"İki il bundan öncə bir yeşik yumurta 53 manata satılırdı. Bu gün də elədir. Bir yeşikdə 360 ədəd yumurta olur. Beləliklə, bir yumurtanın topdan satış qiyməti 14,7 qəpiyədir. Ortada işbazlar, alverçilər nəyisə fürsət bilib, qiyməti 2-3 qəpik qaldırırlarsa, biz buna bir söz deyə bilmərik".

M.Həsənli qeyd edib ki, ölkədə təlabatdan çox yumurta istehsl olunur. "Bu gün üçün təlabatımız 3,6 milyondur, 5 milyona qədər isə yumurta istehsal olunur. Onun da 1,5 milyonu xarici ölkələrə ixrac olunur. Rusiyaya yumurta ixracının başlanılmasının qiymətə təsiri yoxdur,

Qeyd edək ki, bu aydan etibarən Azərbaycandan Rusiyaya yumurta ixracına başlanılıb. Dekabarın 19-da 36 ton (612 min ədəd) , dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub, dekabrın 24-də isə 18 ton (306 min ədəd) yumurta ixrac olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti