“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır
  26 Dekabr 2023    Oxunub:779
“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır.
“Nar” ölkədə voleybolun inkişafına və təbliğinə mühüm töhfə məqsədi ilə Azərbaycan
Voleybol Federasiyasının (AVF) rəsmi tərəfdaşı oldu. Əməkdaşlıq çərçivəsində mobil
operator qadınlar və kişilər arasında yerli çempionatın keçirilməsinə dəstək göstərəcək.
“Nar”ın dəstəyi ilə 2023-2024-cü ilin voleybol mövsümü artıq start götürüb. Voleybol
həvəskarlarına ölkə çempionatının oyunları izləmək və dəstək olmaq üçün giriş
sərbəstdir. “Nar” Azərbaycan Voleybol Çempionatında öz komandasını təmsil edən bütün
voleybolçularımıza uğurlar arzu edir.

Voleybol idman növünü yerli və beynəlxalq səviyyədə təbliğ etmək məqsədi ilə “Nar”
2017-ci ildə qadın voleybolçular arasında Avropa çempionatının rəsmi
telekommunikasiya tərəfdaşı kimi çıxış edib.

Korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq “Nar” ölkədə sağlam
həyat tərzini təbliğ edərək gənclər arasında voleybol daxil olmaqla, müxtəlif idman
növlərinə marağın artmasını dəstəkləyir. Mobil operatorun gerçəkləşdirdiyi KSM
layihələri haqqında nar.az/projects səhifəsindən məlumat əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider
mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq
qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


AzVision.az


Teqlər:





Xəbər lenti