Gələn il ehtiyac meyarı 270 manat olacaq

   Gələn il ehtiyac meyarı 270 manat olacaq
  26 Dekabr 2023    Oxunub:990
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunu imzalayıb.

Bundan başqa gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi bu illə müqayisədə 10,4 % çox – 6 919,9 milyon manat təşkil edəcək.

2024-cü ildə şsizlikdən Sığorta Fondunun (İSF) büdcəsi isə 2023-cü ilə nisbətən 9,3 % çox – 238 milyon manat olacaq. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.


AzVision.az


Teqlər:





Xəbər lenti