Azərbaycanlı biznesmen güllələndi

Azərbaycanlı biznesmen güllələndi
  20 İyun 2014    Oxunub:927
Rusiya Federasiyasının Volqoqrad vilayətində azərbaycanlı biznesmen avtoritetlər tərəfindən güllələnib.
Hadisə 18 iyunda Jiqulev adlı topdansatış bazarında qeydə alınıb.

Həmin gün axşam saatlarında Volqoqrad xəstəxanalarının birinə odlu silahdan açılan atəş nəticəsində yaralanan 31 yaşlı Zülfüqar Əsədov yerləşdirilib. Həmin şəxs topdansatış məntəqəsinin işçisidir.

Araşdırmalar zamanı məlum olub ki, Zülfüqar Əsədov “Toyota” markalı avtomobili ilə evə gedərkən “Audi” markalı avtomobil tərəfindən təqib olunub. Evlərinə yaıxn ərazidə qəflətən həmin avtomobildən ona odlu silahdan atəş açılıb. Zülfüqar Əsədov də həmin şəxslərə atəş açıb. Cavab atəşi açıldıqdan sonra naməlum şəxslər gizləniblər. Hadisədən 2 saat sonra onların avtomobilləri yanmış halda tapılıb. Bundan başqa, həmin ərazidə biznesmenə “Kalaşnikov” silahından atılan güllələrin gilizləri aşkar olunub.

Qeyd edək ki, Zülfüqar Əsədova ilk dəfə deyil ki, sui-qəsd edilir. Ötən il də onu evinin qarşısında öldürmək istəyiblər. Onu naməlum şəxslər güllələmişdilər. Ağır yaralanmağına baxmayaraq biznesmen özünü polis idarəsinə çatdıra bilmişdi. Orada ona tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirmişdilər.

Cinayəti araşdıran hüquq-mühafizə orqanları azərbaycanlı biznesmenə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxslərin kimliyi məlum olub. Bu Zülfüqar Əsədovun düşməni olan Məmməd Çopsiyevdir. O, bir neçə dəfə biznesmeni öldürmək istəyib. Ötən il ona qarşı edilən sui-qəsd zamanı isə əmioğlusu Ramiz Çopsiyev tutulmuşdu. Lakin Məmməd Çopsiyev hüquq-mühafizə orqanalrından gizlənə bilmişdi.

Eyni zamanda bildirilir ki, Məmməd Çopsiyev kriminal aləmdə avtoritet kimi tanınır. Zülfüqar Əsədov isə Volqoqraddakı topdansatış bazasında meyvə-tərəvəz satışı ilə məşğuldur. Avtoritetlərlə biznesmeni mübahisəsi də məhz bu səbəbdən yaranıb. Ehtimal olunur ki, mübahisə avtoritetlərlə biznesmen arasında pul anlaşılmazlığından sonra yaranıb.(Anspress)


Teqlər:





Xəbər lenti