"Azercell" Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

"Azercell" Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir
  26 Dekabr 2023    Oxunub:930
"Azercell" abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir.
AzVision.az sözügedən rouminq xidmətini sizinlə bölüşür:

- İndi rouminq internet paketləri daha əlçatandır. Azercell 60-dan çox şəbəkəni əlavə etməklə rouminq internet paketlərinin əhatə dairəsini daha genişləndirdi. Artıq abunəçilər 88-dən çox ölkədə 210 operatorun şəbəkəsində Azercell-in sərfəli rouminq internet paketlərindən faydalana bilərlər. Bundan başqa, paketlərdən istifadə zamanı manual şəbəkə seçiminə ehtiyac qalmadı.

- Səyahət zamanı “Kabinetim” tətbiqindən, Azercell-in rəsmi saytından və canlı çatdan istifadə (Live chat) nəticəsində yaranan trafikə görə xidmət haqqı tutulmayacaq.

- Eyni zamanda tərəfdaşların çoxsaylı istəklərini nəzərə alaraq, korporativ müştərilər üçün xüsusi olaraq yeni 10 GB həcmində rouminq internet paketi istifadəyə verildi.

"Azercell"in rouminq xidməti haqqında ətraflı məlumat əldə etmək üçün:

https://www.azercell.com/az/personal/plans-and-services/roaming.html

AzVision.az


Teqlər:





Xəbər lenti