İlham Əliyev Lukaşenko ilə görüşdü - Foto

 İlham Əliyev Lukaşenko ilə görüşdü -  Foto
  26 Dekabr 2023    Oxunub:793
Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.

Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Dövlət başçıları əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək gələcək təmaslar və əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

***
Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında ikitərəfli görüş keçirilib.

AzVision.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. Görüş MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində baş tutub. Prezidentlər ikitərəfli münasibətlərin inkişafının əsas məsələlərini, regiondakı vəziyyəti və çoxtərəfli platformalar çərçivəsində birgə iş mövzusunu müzakirə ediblər. İlham Əliyev Belarus liderini Azərbaycana dəvət edib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti