"Azərbaycan Qarabağ məsələsini həll etdi" - “Nezavisimaya qazeta”nın 5 əsas hadisəsi

   "Azərbaycan Qarabağ məsələsini həll etdi" -    “Nezavisimaya qazeta”nın 5 əsas hadisəsi
  26 Dekabr 2023    Oxunub:873
Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas beş hadisəsindən biri hesab edib.

"2023-cü ildə 32 ildən bir qədər çox mövcud olmuş "Dağlıq Qarabağ Respublikası"nın (DQR) tarixi başa çatdı. Böyük ölçüdə “ikinci erməni dövləti”nin taleyi 2020-ci ildə ikinci Qarabağ müharibəsinin nəticələrinə görə möhürləndi. Ancaq problemi nəhayət həll etmək üçün daha bir neçə il lazım oldu",-deyə nəşr "Azərbaycan Qarabağ məsələsini həll etdi" başlıqlı yazısında qeyd edib.

Siyahıya həmçinin "Putin beşinci müddətə namizədliyini irəli sürür", "Rusiya iqtisadiyyatı görünməmiş sanksiyalar şəraitində böyüdü", "Priqojinin üsyanı iki gündə bitmədi", "Ukraynanın əks-hücum əməliyyatı "Surovikin xəttində" qəzaya uğrayıb" başlıqlı yazılar daxil edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti