İlham Əliyev və Paşinyan sülh gündəliyinə dair məsələləri müzakirə ediblər

   İlham Əliyev və Paşinyan sülh gündəliyinə dair məsələləri müzakirə ediblər
  26 Dekabr 2023    Oxunub:1696
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh gündəmindəki məsələləri müzakirə ediblər. Bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan “Armenpress”ə bildirib.
O, qeyd edib ki, iki ölkə liderləri arasında qeyri-rəsmi təmaslar MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində baş tutub.

“Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələlərin müzakirəsi ikitərəfli formatda baş tutub”, - Bağdasaryan bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti