"İsrail Qəzzanın cənubunda döyüşləri genişləndirir" - Netanyahu

   "İsrail Qəzzanın cənubunda döyüşləri genişləndirir" -    Netanyahu
  26 Dekabr 2023    Oxunub:1127
"İsrail müharibəni davam etdirir və Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir". AzVision.az
xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.
"Biz Qəzza zolağının cənubunda və digər yerlərdə hərbi əməliyyatları genişləndirərək müharibəni davam etdiririk. Biz HƏMAS terrorçularına deyirik: sizi görürük və sizə çatacağıq", - baş nazirin ofisi bəyanat yayıb.

“Döyüşçülərimiz yerin səthində, bəzən yerin altında döyüşür, bizim isə gözümüz səmadadır. Biz sona qədər mübarizə aparırıq, o cümlədən ən qabaqcıl texnologiyalardan istifadə edirik”, - Netanyahu əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti