"Azərbaycanda vəkillərin sayı 2431 nəfərə çatıb" - Anar Bağırov

   "Azərbaycanda vəkillərin sayı 2431 nəfərə çatıb" -    Anar Bağırov
  27 Dekabr 2023    Oxunub:1074
2018-ci ildən Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4594 namizəddən 1401 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib.
AzVision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Vəkil günü" peşə bayramı ilə bağlı təntənəli mərasimdə çıxışı zamanı deyib. O qeyd edib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 44 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub. Beləliklə, vəkillərin sayı 2431 nəfərə çatıb.

Anar Bağırov qeyd edib ki, hazırda and içənlər sırasında Vətən müharibəsi iştirakçısı, qazi Elman Məcidov da var. Nəzərə çatdırılıb ki, Elman Məcidov 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə könüllü iştirak edib. Qazimiz Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. O, müharibədən sonra Prezident tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti