Bu il cinayət törədən 14 minə yaxın şəxs barədə hökm çıxarılıb

   Bu il cinayət törədən 14 minə yaxın şəxs barədə hökm çıxarılıb
  27 Dekabr 2023    Oxunub:990
2023-cü ilin 11 ayı ərzində dövlət ittihamçılarının iştirakı ilə birinci instansiya məhkəmələrində baxılan cinayət işlərindən 12434 cinayət işi üzrə 13715 cinayət törətmiş şəxs barəsində - təqsirliliyi sübuta yetirilməklə ittiham hökmü çıxarılaraq cəza təyin edilib, eyni zamanda 143 iş üzrə 178 şəxs barəsində bəraət verilib.
AzVision.az xəbər verir ki, bunu Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov 28 dekabr “Vəkil Günü” peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının təntənəli iclası zamanı qeyd edib.

Baş prokurorun müavini bildirib ki, bu il 14 minə yaxın cinayət törətmiş şəxs barəsində ittiham hökmü çıxarılıb.

"İttiham tərəfi olaraq, prokurorluqda - bəraət hökmləri soyuqqanlı oponentliklə qəbul edilir" - deyə qeyd edən Baş prokurorun müavini bildirib ki, əgər cinayət törətmiş bir şəxsin təqsiri məhkəmədə sübuta yetirilərək layiqli cəza alırsa, həm dövlətin, həm cəmiyyətin, həm də zərər çəkmiş şəxslərin mənafeyi qorunmuş olur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti