İcbari tibbi sığorta fondunun gələnilki büdcəsi təsdiq edildi

   İcbari tibbi sığorta fondunun gələnilki büdcəsi təsdiq edildi
  27 Dekabr 2023    Oxunub:1924
Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.
Gələn il üçün Fondun gəlirləri və xərcləri 2 811 428 292 manat məbləğində təsdiq olunub.

2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar, 815 053 804 manatı İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları hesabına formalaşacaq.

Fondun xərclərinin isə 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya təşkil edəcək.


AzVision.az


Teqlər:





Xəbər lenti