ADRA əməkdaşlarının maaşları 20% artırıldı

   ADRA əməkdaşlarının maaşları 20% artırıldı
  27 Dekabr 2023    Oxunub:1425
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarının maaşı 20% artıb.
Agentliyin yaydığı məlumata görə, 2023-cü ildə, xüsusilə ilin ikinci yarısında açıq məkanda reklamların qeydiyyata alınması ilə bağlı daxil olan müraciət sayı, dövlət rüsumu və yayım haqlarının yığımı məbləği açıq məkanda reklam sahəsi tarixində bütün fəaliyyət dövründə qeydə alınmış maksimal həddi aşıb.

Qeyd olunanları, işçilərin sosial rifahının yaxşılaşdırılmasına dair ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıq və tövsiyyələri əsas tutaraq İdarə Heyətinin sədri Aydın İbadov əməkdaşların əmək haqlarının 2024-cü ildə 20% artırılması ilə bağlı əmr imzalayıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti