Dəniz suyunun duzsuzlaşdırılmasına başlanılıb - Sədr
"Cari ildə Baş Mil-Muğan kollektoru üzərində su təmizləyici qurğu tikməklə Saatlı və Sabirabad rayonlarında suvarma kanallarına müəyyən həcmdə su verilməsi layihəsi üzrə tender müsabiqəsi keçirilərək müvafiq TİƏ və işçi layihə sənədlərinin hazırlanması işlərinə başlanılıb.
Dövlət Su Komissiyası tərəfindən su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülüb və mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılıb".
Ə.Şirinov bildirib ki, məhz bu tədbirlər nəticəsində hazırda su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, təkcə ötən ilə nisbətən isə 2,2 milyard kbm artıq həcmdə su toplanılıb:
"Bu da ötən il əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərib, həmçinin növbəti ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir.
Görülmüş tədbirlər nəticəsində cari ildə respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1,5 milyon hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb, bu məqsədlə bütün suvarma mənbələrindən su istifadəçilərinə 7,5 mlrd. kbm su verilib. Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir".
Aytən Zəhra
AzVision.az
Teqlər: