Kanalda batan 10 yaşlı uşağın axtarışları davam edir - VİDEO

   Kanalda batan 10 yaşlı uşağın axtarışları davam edir -    VİDEO
  27 Dekabr 2023    Oxunub:1349
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti