Vətən müharibəsi iştirakçısı vəkil oldu - Foto

O qeyd edib ki, Elman Məcidov 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə könüllü iştirak edib. "Qazimiz Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. O, müharibədən sonra Prezident tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib".
Elman Məcidov çıxış edərək vəkil peşəsinə yiyələndiyi üçün qürur duyduğunu, vəkilliyə qəbulun daimi əsaslarla keçirilməsi ilə bağlı VK Rəyasət Heyətinə minnətdar olduğunu vurğulayıb.
Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi davam edib, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr, reyestrdən çıxarışlar və döş nişanları təqdim edilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: