DİN-dən yaşayış yeri üzrə qeydiyyatla bağlı müraciət

DİN-dən yaşayış yeri üzrə qeydiyyatla bağlı müraciət
  27 Dekabr 2023    Oxunub:808
Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülüməsi təmin edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti