Pantomima Teatrında 332 minlik mənimsəmə

   Pantomima Teatrında 332 minlik mənimsəmə
  27 Dekabr 2023    Oxunub:941
Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti