Lavrov Ermənistanı hədələdi: "Ümid edirəm ki, itkilərdən xəbərdardılar"
"Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək və "parçala, hökm sür" sxemi ilə manipulyasiya üçün şərait yaratmaqdır", - Lavrov əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanın "Pirveli Arxi" telekanalına müsahibəsində demişdi ki, Ermənistan xarici siyasətində dəyişiklik etmək, xüsusən də müəyyən mənada Moskvadan uzaqlaşma baxımından qəti qərar verib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: