"Azəriqaz" yanında yeni yaradılan İctimai Şuranın ilk iclası keçirildi
Şuraya sədr seçilmək üçün "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyinin sədri Elçin Salmanovun namizədliyi irəli sürülüb. Keçirilən səsvermənin nəticəsinə əsasən iki il fəaliyyət göstərəcək İctimai Şuraya Elçin Salmanov sədr, İlahə Əliyeva isə sədr müavini seçilib. Eyni zamanda Ədil Ədilzadə Müraciətlərin təhlili, Araz Əhmədov isə Monitorinqlərin təşkili komissiyalarının sədri seçiliblər.
Qeyd edək ki, dekabr ayının 19-da “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılması ilə bağlı seçkilər keçirilib. Vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 23 namizəd arasından 7 nəfər səs çoxluğu ilə Şuraya üzv seçilib.
AzVision.az
Teqlər: